Azərbaycan, Bakı şəhəri,
Üzeyir Hacıbəyov küç. 21/10
Tel/Faks: (+99412) 598 27 27
(+99412) 498 86 50
Mobil:(+99470) 230 22 44
(+99455) 238 85 82

Azərbaycan, Bakı şəhəri,
Cəfər Cabbarlı küç. 44,
Caspian Plaza 3, mərtəbə-1
Tel/Faks: (+99412) 437 00 11
(+99412) 436 85 69
Mobil: (+99451) 516 52 52
(+99470) 279 73 73
(+99455) 279 73 73

Azərbaycan, Bakı şəhəri,
Xocalı prospekti 37, Dəmirçi Tower, 1-ci mərtəbə,
Tel/Faks: (+99412) 488-80-69
Mobil:(+99477) 320-24-30
Email: avrasiyabaku@gmail.com office@avrasiya-az.com





 
Siz sənədlərinizi tərcümə etdirmək istəyirsiniz? Dünyanın əsas işlək dillərindən yazılı və sinxron tərcümə xidmətləri göstərən ĞAvrasiyağ tərcümə mərkəzi sizin tərcümə ilə bağlı çətinliklərinizi həll etməyə hazırdır. Mərkəz 40-a yaxın dil üzrə yazılı və şifahi tərcümə xidməti təklif edir. Şirkət sifarişin sizə lazım olan vaxtda keyfiyyətlə yerinə yetirilməsinə təminat verir. Mərkəzimizlə əməkdaşlığın müqabilində siz geniş xidmət növlərinin, yüksək keyfiyyətin, verilən sifarişlərin operativ yerinə yetirilməsinin şahidi olacaqsınız.

YÜKSƏK KEYFİYYƏT

Mərkəzimizin əsas iş prinsiplərindən biri müştərilərə yüksək səviyyəli xidmət göstərməkdir. Mərkəz müştərilərə xidmətin səviyyəsini artırmaq məqsədilə yeni inkişaf istiqamətləri üzərində işləyir. Tərcümələri təcrübəli mütəxəssislər yerinə yetirir. Hazır tərcümədə səhvlərə yol verilməməsi məqsədilə görülən iş bir necə dəfə yoxlanılır. Nəticədə tərcümə orijinal mətnə tam üyğun tərtib edilib sifarişçiyə verilir.
Tərcümələrin keyfiyyətlə yerinə yetirilməsinə əmin olmaq məqsədilə iri həcmli tərcümələrdə müştərilərimiz üçün bir səhifəni (1800 işarə) pulsuz tərcümə edə bilərik. Görülən işi bəyəndiyiniz təqdirdə şirkətimiz sizinlə əməkdaşlığa hazırdır. Biz sizin uğurlarınızı öz uğurumuz hesab edirik.

OPERATİV XİDMƏT

Müştərilərimizə operativ xidmətin göstərilməsi mərkəzimizin əsas məqsədlərindən biridir. Şirkət istənilən qaydada və həcmdə tərcümələrin tezliklə yerinə yetirilməsi imkanına malikdir. Biz sifarişlərinizin sizə lazım olan vaxtda yerinə yetirilməsinə təminat veririk.

SƏRFƏLİ ƏMƏKDAŞLIQ

Siz mərkəzimizə gəlmədən də xidmətlərimizdən istifadə edə bilərsiniz. Tərcümə üçün nəzərdə tutduğunuz materialları faks və ya elektron poçtu vasitəsilə bizə göndərə və qısa müddət ərzində əldə edə bilərsiniz. Bundan əlavə mərkəzdə kuryer xidməti də mövcuddur. Siz kuryer xidmətimizdən istifadə edərək tərcümə olunacaq materialı şirkətimizə çatdıra və təhvil ala bilərsiniz.

MÜASİR TEXNOLOGİYA

Mərkəz tərcümələrin yüksək keyfiyyətlə yerinə yetirilməsi məqsədilə daim müasir texnologiya və proqlamların tətbiqinə çalışır. Bütün bunlar bizə işlərimizi hazırkı dövrün tələblərinə uyğun qurmağa şərait yaratmaqla yanaşı, mərkəzimizin tərcümə sahəsində aparıcı şirkətlərdən biri olmasına və müştərilərimizin etimadını qazanmağımıza gətirib çıxarıb. Sizi bu şirkətlərin arasında görməkdən məmnun olarıq.

SƏNƏDLƏRİN QORUNMASI

Biz sizin sənədlərinizin mühafizə olunmasına və məxfi saxlanılmasına təminat veririk. Sənədlərinizin itməsindən və ya tələf olmasından narahat olmaya bilərsiniz. Sənədləriniz tam təhlükəsiz yerdə saxlanılır.

MÜNASİB QİYMƏT

Müştərilərimizin rahatlığı və bizdən razı qalmaları mərkəzimizin əsas iş prinsiplərindən biridir. Bu məqsədlə mərkəzimizdə daimi, eləcə də iri həcmli tərcümələr sifariş edən müştərilərə güzəştlər edilməsi nəzərdə tutulur. Terminoloji tərcümələrin qiyməti mətnin çətinliyindən asılı olaraq qarşılıqlı razılaşma əsasında müəyyənləşdirilir.

BİZİM KOMANDA

Biz inanırıq ki, ugurlu işə ancaq təcrübəli işçilərlə nail olmaq mümkündür. Mərkəzdə ali təhsilli, uzun illər tərcümə sahəsində çalışan, təcrübəli, təhsillərini xaricdə alan, bir neçə sahə üzrə peşəkar tərcüməçilər işləyir. İşçi heyətimiz öz işini sevən, müştərilərimizin hörmət və rəğbətini qazanmış təcrübəli tərcüməçilər, redaktorlar və menecerlərdən ibarətdir.

© 2004 - 2011 Avrasiya Tərcümə mərkəzi Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.